AZ

"Yuventus" Pol Poqbanın müqaviləsinə xitam verməyə yaxındır

İtaliyanın "Yuventus" klubu futbolçusu Pol Poqbanın müqaviləsinə xitam verməyə yaxındır.

Bu barədə "Sky Sports" məlumat yayıb.

4 il əvvəl antidopinq qaydalarını pozan fransalı yarımmüdafiəçi bu səbəbdən 4 il müddətinə diskvalifikasiya edilib. Daha sonra onun cəzası 18 aya qədər azaldılsa da, "Yuventus" rəhbərliyi futbolçunun xidmətində maraqlı olmadığını bildirib.

Qeyd edək ki, Pol Poqbanın "qoca sinyora" ilə olan müqaviləsi 2026-cı ildə başa çatacaq.\\"Report"

Seçilən
59
11
musavat.com

10Mənbələr