Bakı. Trend:
12 noyabrda Azərbaycanda Konstitusiya Günü qeyd olunur.
Trend-inməlumatına görə, Azərbaycan Respublikasının 1995-ci ildə qəbulolunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilkKonstitusiyasıdır.
1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan XalqCümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi.Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşununtarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da IÜmum-Azərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSRKonstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmışyeni redaksiyası 1925-ci il martın 14-də IV Ümum-AzərbaycanSovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci ilaprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlkikonstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildəidi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanınhazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyevbaşda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsiümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalqreferendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbulolundu.
Həmin gündən 12 Noyabr Azərbaycan Respublikasının KonstitusiyaGünü kimi qeyd olunur.