AZ

Sampaoli Fransaya qayıtdı

Fransanın “Renn” klubunun yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, Liqa 1 təmsilçisinin sükanı Xorxe Sampaoliyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Sampaoli daha əvvəl Fransada “Marsel”də işləyib. Mütəxəssis son olaraq Braziliyada “Flamenqo”ya rəhbərlik edib. 64 yaşlı məşqçi 2023-cü ilin sentyabrından işsiz idi.

“Renn” Fransa Liqa 1-də 11 turdan sonra 11 xalla 13-cü sıradadır. Klubda bir neçə gün əvvəl baş məşqçi Julyen Stefan ilə yollar ayrılıb.

Seçilən
24
1
futbolpress.az

2Mənbələr