AZ

Funksiyasını BMT-nin həyata keçirdiyi katiblik Xəzəryanı ölkələrdən birinə köçürülməlidir - Xələf Xələfov

Xəzər dənizinin ekoloji problemləri böyükdür. Bunu həmişə Azərbaycan tərəfi qaldırıb və Aşqabad sammitində Azərbaycan Prezidenti İlham Əliyev çıxışında ilk dəfə Xəzərin səviyyəsinin aşağı düşməsini və Xəzərdə ekoloji problemlərə xəzəryanı dövlətlərin daha yüksək səviyyədə yanaşmaları ilə bağlı çağırış etmişdi və xüsusi proqramla çıxış etmişdi.

Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov COP29 məkanında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün bu məsələlər hamısı aktuallığını saxlamaqdadır.

"Çünki Xəzər dənizində su səthinin azalması Xəzəryanı ölkələr, xüsusilə Xəzər sahilində yerləşən böyük şəhərlər üçün ciddi problemə çevrilə bilər. Düşünürəm ki, Xəzəryanı ölkələr də Xəzərin xilas edilməsi, onun flora və faunasının qorunub saxlanması, onun su səthinin qorunub saxlanması və bununla əlaqədar müəyyən layihələrin işlənib hazırlanması üçün öz səylərini əsirgəməməlidirlər.

Bütün əməkdaşlıq formatlarında fəaliyyətləri artırmaq lazımdır. Eyni zamanda, bu sahəyə maliyyə dəstəyi verilməsini də əsirgəməməlidirlər. Ona görə də ilk növbədə biz düşünürük ki, Xəzər dənizinin ekoloji vəziyyətinə nəzarət edən çoxtərəfli konvensiyanın daimi katibliyinin formalaşması aktual məsələ olaraq qalır.

İndi o katibliyin funksiyasını BMT-nin təşkilatı həyata keçirir, amma təbii ki, katiblik Xəzəryanı ölkələrdən birinə köçürülməlidir. Xəzəryanə ölkələr o katibliyin işini təkmilləşdirməlidir və Xəzərin ekoloji problemlərinə daha çox diqqət yetirməlidirlər.

Ən başlıca məsələlərdən biri də Xəzər dənizinin kənardan çirklənməsi məsələsi aradan qaldırılmalıdır. Xəzər dənizinə tökülən su hövzələrinin problemlərinə yaxından baxılmalıdır", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
3
olaylar.az

4Mənbələr