AZ

"Sportinq"də forma geyinmiş sabiq milli üzvü Region Liqasında

Azərbaycan millisinin sabiq futbolçusu Budaq Nəsirov karyerasını AFFA Region Liqasında davam etdirəcək.

Apasport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Naftalan” klubuna keçib.

Budaq Nəsirov son olaraq “Karvan”ın formasını geyinib. O, daha əvvəl ölkəmizdə “Sumqayıt”, “Araz-Naxçıvan”, “Kəpəz”, “Turan Tovuz” və Portuqaliyada “Sportinq”in əvəzedici komandasında çıxış edib. Nəsirov 2016-cı ildə Azərbaycan yığmasının Andorra ilə qolsuz heç-heçə etdiyi yoldaşlıq matçında komandanın formasını geyinib.

Cavid Hüseynov "Turan Tovuz"u tərk etdi - Paytaxt klubuna gəlir

Veteranların görüşündə məhsuldar heç-heçə

“Zirə”nin futbolçusu milliyə dəvət alıb

Vüsal İsgəndərli Azərbaycana qayıtmaq istəmir

Millimizin üzvü Ekstraklasanın rəmzi komandasına düşüb

Seçilən
21
4
apasport.az

8Mənbələr