AZ

Tatlısesdən 40 illik dostuna: "Yemlədiyim itin yeməyini kəsdikdə..."

İbrahim Tatlısəs qızı Dilan Çıtak ilə yaşadığı gərginlikdən sonra bu dəfə 40 illik dostu, "Kirvəm" dediyi məşhur aktyor Metin Cantimurla arasında yaşanan mübahisə ilə diqqət çəkib. 

Ölkə.Az xəbər verir ki, Tatlıses sosial mediada 40 illik dostu haaqında çox ağır ifadələr işlədərək deyib: “Yemlədiyim itlərin sümüklərini kəsdiyim zaman hürməyə başladılar”.

Cantimurun da Tatlısəsin bu sərt açıqlamasını cavabı çox gecikməyib.

“Başqalarının böhtanları ilə öz nüfuzunu ört-basdır etməyə çalışan dosta salam olsun. Mən danışsam, nə onun ətrafındakılar, nə də özü bir daha danışa biləcək", - Cantimur qeyd edib. 

Cantimur əlavə edib ki, Tatlıseslə 40 illik dostluğu öz maraqları naminə onu əhatə edən insanların təsiri altında və qurduqları məkrli planlar ucbatından pozulub. 

Cantimur onu da bildirib ki, Tatlıses bu gün ətrafında məkrli planlar quran insanların kuklasına çevrilib.

İki dost arasında yaranmış gərginlik ciddi rezonansa səbəb olub. Hamı iki tanınmış sima arasındakı bu gərginliyin necə yekunlaşacağını maraqla gözləyir.

Mürtəza
Ölkə.Az

Seçilən
27
1
olke.az

2Mənbələr