AZ

COP29-un qısa müddətdə təşkili inanılmaz bir nailiyyətdir - Səfir

Bakı. Trend:

COP29-un qısa müddətdə təşkili inanılmaz bir nailiyyətdir.

Trend xəbərverir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi COP29çərçivəsində çıxışı zamanı bildirib.

"Mən həqiqətən də Azərbaycanın COP29-a hazırlıq zamanı gördüyübütün işlərə görə səylərini vurğulamaq və alqışlamaq istəyirəm.Azərbaycanın xeyli az vaxtı var idi və buna baxmayaraq, bir ildənaz müddətdə ev sahiblərimiz şəhəri hazırladılar və dünyanın ənböyük iqlim konfransını təşkil etdilər, bu inanılmaz birnailiyyətdir. Bizi qəbul etdiyinə görə Azərbaycana təşəkküredirik", - səfir bildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
17
2
az.trend.az

3Mənbələr