AZ

Günün qoroskopu: İşdə rəhbərlik yeni əməkdaş axtarışına başlayacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - peşəkar fəaliyyət sahəsində problemlər yaranacaq. Onların səbəbi gəlirləriniz və karyeranızın inkişafının asılı olduğu insanla dil tapa bilməməyinizdir. Belə çətin situasiyada təmkinli, səbrli davranmalısınız. Emosiyaların əsiri olsanız, yeni çətinliklər yaranacaq.

Günün ikinci yarısında məişət qayğıları ilə işinizin arasında fərq qoyun. Problemlərinizi həll etməklə yanaşı, tapşırıq və vədləri də unutmayın.

Evə qayıdarkən işdəki stressin acığını ailə üzvlərindən çıxmayın.

Buğa - məntiqli və soyuqqanlı olun. Nikbinliyi əldən verməsəniz, problemlərin öhdəsindən gələcəksiniz. Başqalarına çıxılmaz təsir bağışlayan vəziyyətin yaratdığı çətinlikləri həll edəcəksiniz. Təxəyyülü işə salın. Yaxın ətrafınızdakı insanları müşahidə edin.

Günün ikinci yarısı yaxınlarla ünsiyyət üçün əlverişlidir. Ailə və məişət qayığlarını müzakirə etmək olar. Dəvət aldığınız tədbirdə diqqət mərkəzində olacaqsınız. Yeni tanışlıq ciddi münasibətlərin təməlinə çevrilməyəcək.

Əkizlər - başladığınız işdə uğur qazanacaqsınız. Yaradıcı yanaşma və proseslərə qeyri-standart baxış irəliləyiş vəd edir. Yeni ideyalar pis deyil. Onlardan bəzilərini gerçəkləşdirmək zamanıdır.

Günün ikinci yarısında ailə əmlakı və ya bizneslə bağlı köhnə planlardan birini reallaşdıra biləcəksiniz.

Ünsiyyətdə səmimi olun. Başqasının zəif cəhətlərini kəskin tənqid etməyin. Belədə insanlar çətinliklər və problemləri barədə sizə danışacaqlar. Bədbinliyə qapılanlara dəstək olun.

Axşam saatlarında normal istirahət edin.

Xərçəng - əks cins mənsubu ilə təmaslarda sayıq olun. Çalışdığınız yerdə rəhbər qadındırsa, bu gün ehtiyatlı olun. İşgüzar təklifləri diqqətlə dəyərləndirin. Alqı-satqı və sərmayə ilə bağlı qərar üçün əlverişli zaman deyil.

Günün ikinci yarısında başqasının əmlakı ilə bağlı qərar verməyin. Tərəfdaşlarla peşəkar fəaliyyət müşkülləri ilə yanaşı, şəxsi münasibətlərdəki çətinlikləri də müzakirə etmək olar. Maraqlı təklif maliyyə durumunuzu yaxşılaşdırmağa imkan verəcək.

Şir - səxavətli olun. Qohumlarınız və yaxınlarınızın dadına çatın. Amma öz işinizi də unutmayın. Az sonra maliyyə durumunuzda irəliləyişlər olacaq. Ünsiyyət və çoxsaylı təmaslar tələb edən məsələdə uğur istisna deyil.

Günün ikinci yarısında əyləncə və istirahəti ön plana çəkməyin. Təşkilati məsələləri həll edin. İşlə yanaşı, evlə bağlı məqamların çözülməsində sərvaxt davranın, sayıq olun.

Axşam saatlarında normal istirahət edin.
 

Qız - ünsiyyət üçün əlverişli zamandır. İşgüzar məsələləri müzakirə etmək, şəxsi münasibətlərdəki çətinlikləri nəzərdən keçirmək olar. Potensial tərəfdaş axtarışına çıxın. Maraqlı saydığınız mövzularda söhbət apara bilərsiniz.

Günün ikinci yarısında qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. İş axtarırsınızsa, sizi "müsahibə"yə çağıracaqlar.

Alış-veriş pis olmayacaq. Axşam saatlarında bir qədər idman edin. İfrat yorğunluq hissi yaranacaq.
 

Tərəzi - çətinliklər və problemlərdən xali olmayan gündür. Buna rəğmən, sədlərlə maneələri tez dəf edəcəksiniz. Yaşam təcrübəniz və bilikləriniz karınıza gələcək. Ənənəvi, rutin məsələlərin öhdəsindən gəlməklə yanaşı, yeni problemləri həll edin. Diqqəti əsas məsələyə yönəldin.

Günün ikinci yarısında aktiv davranın. Nikbin olun. Kiçik anlaşılmazlıqlar sizi yoldan sapdırmamalıdır. Nə isə alınmayanda ruhdan düşməyin. Dostlar və yaxınlar sizə yardım edəcək, ideyalarınızı dəstəkləyəcəklər.

Qayğınızı sevdiyiniz insandan əsirgəməyin.
 

Əqrəb - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə etsəniz, irəliləyiş olacaq. Yolunuzdakı sədlər kiçik, maneələr qeyri-ciddidir. Dostlar sizə yardım edəcəklər. Çətin anlarda sayıq olun.

Günün ikinci yarısında alış-veriş uğurlu olacaq. Axşam saatlarına yaxın yeni ideyalar yaranacaq. Planı səlis reallaşdırmağa çalışsanız, niyyətinizi gerçəkləşdirəcəksiniz.

Oxatan - xoş hadisələr vəd edən uğurlu gündür. Yeni işlərə başlamaq olar. Onları bitirəcəyənizə, əsla şübhə etməyin. Sınanmış tərəfdaşlar və etibarlı dostlar sizə yardım edə bilərlər.

Maraqlı işgüzar təkliflər alacaqsınız.

Günün ikinci yarısında iş yerini dəyişmək, maaşı daha çox olan yerdə çalışmaq barədə düşünəcəksiniz.

Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artır. Ciddi dəyişikliklər olmasa da, situasiya ümumən pis deyil. Yeni mənbədən gəlir əldə edəcəksiniz.

Oğlaq - dostlarla əməkdaşlıq və ünsiyyət üçün yaxşı gündür. Bütün məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. İşgüzar danışıqlarda səlis davranın. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün var gücünüzlə çalışın.

Günün ikinci yarısında emosiyalara qapılmayın. Şəxsi münasibətlərdə çətinliklər yarana bilər. Sevdiyiniz insanla təmaslardakı sərinlik ciddi münaqişəyə çevrilməməlidir.

Tənqid və iradların intensivliyini azaldın. Yaxınlarınızın xətrinə dəyməyin.

Dolça - işgüzar intuisiyanız iti olmalıdır. Məhz onun sayəsində yaxşı gəlir əldə etmək, sərfəli anlaşmalara sahiblənmək imkanını qazanacaqsınız. Yeni işlərə başlamaq olar. Bir şərtlə ki, bu işləri təkbaşına, müstəqil şəkildə bitirəcəyinizi yəqinləməlisiniz.

Bel bağladığınız insanlar sizə yardım edə bilməyəcəklər.

Günün ikinci yarısında işgüzar təmaslarla şəxsi münasibətləri qarışdırmayın. Yoxsa özünüzü tələyə sala bilərsiniz. İşdə rəhbərlik yeni əməkdaş axtarışına başlayacaq.

Axşam saatlarında romantik görüş pis alınmayacaq.

Balıqlar - maraqlı tanışlıq olacaq. Qarşınızda yeni üfüqlər açacaq insanla görüşəcəksiniz. Karyeranızın inkişafına və bacarıqlarınızı reallaşdırmağa mane olan fikir ayrılıqlarını aradan qaldıra biləcəksinz.

Ünsiyyətdə diqqətli olsanız, işlərinizdə uğur qazanacaqsınız.

Günün ikinci yarısında yarımçıq işləri bitirin. Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər.
 

Milli.Az

Seçilən
26
50
milli.az

10Mənbələr