AZ

"Forbes" rusların Kursk itkilərini açıqladı: 6 günə üç batalyon

Rusiyanın Kursk bölgəsindəki əks-hücumları hələlik müvəffəqiyyətlə başa çatmır. Hətta ruslar texnikalar sarıdan böyük itkilər veriblər. Bu fikirlər Forbes-də dərc olunan məqalədəndir.

Nəşrin köşə yazarı Devid Eks yazıb ki, altı gün ərzində ukraynalı pilotsuz təyyarə operatorları  cəbhənin məlum hissəsində 77 məhv edilmiş Rusiya zirehli texnikasını müəyyən ediblər.

"Bu, üç rus batalyonu üçün kifayət edən saydır. Həmçinin bütün bunlar yalnız videoda görünən və təsdiqlənən faktlardır. Rusiyanın faktiki itkiləri daha çox ola bilər", - analitik yazıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
25
news365.az

1Mənbələr