AZ

Region ölkələrinə iqlim öhdəliklərini yerinə yetirmək üçün 3 trilyon dollar lazımdır

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Afrika ölkələrinin əsas gözləntilərindən biri yeni kollektiv, kəmiyyətcə ifadə olunan maliyyə hədəfinin müəyyən edilməsidir.

Bunu iqlim konfransının üçüncü günündə İqlim dəyişikliyi sahəsində ədalət üzrə Panafrikan Alyansının nümayəndəsi Çarlz Piter Mvangi Nyambura jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni maliyyə hədəfinə diqqətin yetirilməsi Afrika qitəsinin iqlim dəyişikliyinin ciddi nəticələri ilə üzləşməsinə görədir: “Bu ciddi nəticələr insanların ölümünə və s. səbəb olur. Qitədə uyğunlaşma son dərəcə vacibdir. Buna görə də biz ona resursların ayrılmasını xahiş edirik, çünki hökumətlərimiz ÜDM-in 5-9 faizini uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsinə xərcləyir. Xüsusilə inkişaf proqramlarımızın həyata keçirilməsi üçün milli səviyyədə müəyyən edilmiş töhfələr də daxil olmaqla xarici resurslara ehtiyac var”.

Alyans nümayəndəsi vurğulayıb ki, Afrika qitəsində Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDCs) həyata keçirilməsi üçün 3 trilyon ABŞ dolları tələb olunur: “Bu vəsaitin xarici mənbələrdən gələcəyi gözlənilir, çünki daxili vəsait kifayət deyil. Biz bu resursları tələb etmişik.

Beləliklə, Afrika yeni kollektiv maliyyələşdirmə hədəfinə çatmaq üçün 1,3 trilyon ABŞ dolları axtarır. Bizi bura gətirən də budur. Bəyan edirik ki, uyğunlaşma qitə üçün əsas prioritetdir”(report).

Seçilən
19
4
azpost.info

10Mənbələr