AZ

Geri addım atmayacağıq və 1.5 hədəfinə çatmaq üçün çalışacağıq - Braziliyalı nazir

Bakı. Trend:

Biz 400 milyon tondan çox karbon emissiyasının qarşısını aldıqki, bu da bir çox ölkələrin illik emissiyasından daha böyükdür.

Trend xəbər verir ki, bunuBraziliyanın ətraf mühit və iqlim dəyişmələri naziri Marina SilvaCOP29 çərçivəsində keçirilən “COP sədrlikləri Üçlüyününyüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5üçün Yol Xəritəmiz” adlı tədbirdə deyib.

Nazir bildirib ki, buna görə də üç COP Sədrliyi ölkələrinambisiyaları artırmaq və Müəyyənləşdirilmiş Milli Töhfələrinihəyata keçirmək üçün əsas imkan və çətinliklərini bilməkistəyir:

“Məqsədimiz birlikdə həll yollarını müəyyən etmək və COP30-adoğru fəaliyyətimizi gücləndirməkdir. Mən bu prosesdə konstruktiviştirakınıza görə hamınıza təşəkkür edirəm. Əminəm ki, bu prosesnəticəsində biz geri addım atmayacağıq və COP28-də müəyyən edilmiş1.5 hədəfinə çatmaq üçün çalışacağıq”.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
31
1
az.trend.az

1Mənbələr