Rusiyanın Nijni Novqorod vilayətinin Bor şəhərində əslən azərbaycanlı yeniyetmə qıza təcavüz etməkdə şübhəli bilinərək saxlanılıb.
Moderator.az Lent.az-a istinadla bildirir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsi məlumat yayıb.
Hadisə noyabrın 8-də ticarət mərkəzində baş verib. Naməlum kişi tualetdə 16 yaşlı qıza yaxınlaşıb onun belinə və ombasına toxunaraq, onu özünə sıxıb.
Məktəblinin anası hüquq-mühafizə orqanlarına şikayət edib. Təcavüzdə şübhəli bilinən şəxsin 42 yaşlı Azərbaycan vətəndaşı olduğu üzə çıxıb və faktla bağlı cinayət işi başlanıb. Cinayətkar saxlanılıb və araşdırma aparılır.