AZ

İtaliya Respublikasının parlament nümayəndə heyəti Milli Məclisdə olub (FOTO)

Bakı. Trend:

Noyabrın 13-də Milli Məclisin Təbii ehtiyatlar, energetika vəekologiya komitəsinin üzvləri ölkəmizdə səfərdə olan İtaliyaRespublikasının parlament nümayəndə heyəti ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə Milli Məclisin ictimaiyyətlə əlaqələr şöbəsiməlumat yayıb.

Bildirilib ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika vəekologiya komitəsinin sədri Sadiq Qurbanov qonaqları salamlayaraqonların Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən29-cu sessiyasında (COP29) iştirakını yüksək qiymətləndirib. O,hazırda ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədəolduğunu qeyd edərək Azərbaycan-İtaliya tərəfdaşlığının inkişafındahər iki ölkənin dövlət başçılarının mühüm rolundan söz açıb,əməkdaşlığımızın daha da möhkəmləndirilməsinin ölkələrimizinmaraqlarına cavab verdiyini vurğulayıb.

İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasının Bakıda keçirilməsindən bəhs edənkomitə sədri Azərbaycanın ətraf mühit problemlərinə həssaslıqlayanaşdığını diqqətə çatdırıb, ölkəmizin həyata keçirdiyi yaşılenerji və yaşıl texnologiya layihələri barədə qonaqlara məlumatverib, Azərbaycanın Avropaya yaşıl enerji tədarükü ilə bağlıniyyətlərindən danışıb.

İtaliya Respublikası Deputatlar Palatasının Ekologiyakomitəsinin sədri Mauro Rotelli səmimi qəbul üçün təşəkkür edib,COP29 kimi mötəbər tədbirin yüksək səviyyədə təşkili üçünAzərbaycana minnətdarlığını bildirib, tədbirin yekunlarının hər kəsüçün faydalı olacağını söyləyib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədrmüavini Fatma Yıldırım, komitə üzvləri Eyvaz Qurbanov, AsifƏsgərov, İtaliya Respublikası Senatının üzvü Nikola İrto,Deputatlar Palatasının üzvü Marko Simiani ölkələrimiz arasındakıikitərəfli və parlamentlərarası əlaqələrin inkişafı barədəfikirlərini bölüşüblər.

Görüş iqlim dəyişiklikləri ilə mübarizə və yaşıl enerjiyə keçidkimi sahələrdə parlamentlərarası əməkdaşlıq məsələlərininmüzakirəsi ilə davam etdirilib.

Görüşdən sonra qonaqlar parlamentin plenar iclas zalı və MilliMəclisin foyesində yaradılmış Zəfər Guşəsi ilə tanış olublar.

Sonda görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.

İtaliya
İtaliya
İtaliya
İtaliya
İtaliya
Məqalədə:
Seçilən
8
11
az.trend.az

10Mənbələr