AZ

Pakistanda 5,3 bal gücündə zəlzələ baş verib

Pakistanda 5,3 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, zəlzələ paytaxt İslamabad da daxil olmaqla bir sıra əyalət və rayonlarda hiss olunub.

Pakistan Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin dərinliyi 220 kilometr, episentri isə Əfqanıstanın Hinduquş silsiləsində olub.

Yeraltı təkan əhali arasında təşviş yaradıb. Mülki müdafiə qüvvələri zəlzələdən sonra insan tələfatı və dağıntı olmadığını açıqlayıb. Ərazidə yoxlamalar aparılır.

Seçilən
15
5
yeniazerbaycan.com

6Mənbələr