AZ

Mavritaniya Etimad Fondunun əməkdaşı: COP29-dan gözləntimiz böyükdür

Ümid edirik ki, Afrika COP29-dan xüsusilə maliyyə baxımından daha çox faydalanacaq.

“İki sahil” xəbər verir ki, Bunu AZƏRTAC-a açıqlamasında Mavritaniya Etimad Fondunun əməkdaşı Oumar Ba söyləyib.

Afrikadakı iqlim dəyişikliyinin təsirinin aradan qaldırılması üçün daha çox həll yolu əldə etmək istədiklərini vurğulayan Oumar Ba, Mavritaniyanın iqlim dəyişikliyi ilə əlaqədar müxtəlif problemlərlə qarşı-qarşıya olduğunu deyib. "İqlim dəyişikliyi ilə mübarizədə əldə edə biləcəyimiz uğurlardan biri İqlim Fonduna daxil olmaqdır. Bu baxımdan COP29-dan gözləntimiz böyükdür", - deyə o bildirib.

Seçilən
32
ikisahil.az

1Mənbələr