AZ

Rusiya və Çindən Trampa xəbərdarlıq

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Pekinə işgüzar səfəri çərçivəsində Çinin yüksək səviyyəli siyasi liderləri ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazır.

Nəşrin məlumatına görə, bu görüş Donald Trampın ABŞ prezidenti seçildikdən sonra ilk Rusiya-Çin təması olub.

Beləliklə, Rusiya və Çin ABŞ prezidentinin gələcək administrasiyasına “siyasi duetin parçalanmasına imkan verməmək” əzmlərini nümayiş etdiriblər.

“Lakin eyni zamanda ABŞ-ın müttəfiqləri Çinlə münaqişəni sərtləşdirməyə hazır olduqlarını təsdiqləməyə çalışırlar ki, bu da Moskva ilə yeni münaqişələr təhlükəsi yarada bilər”, – qəzet yazır.

Seçilən
19
publika.az

1Mənbələr