AZ

Paşinyan: İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır

Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll yoluna yaxındırlar.

Ölkə.az "Report”a istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə "hökumət saatı" zamanı deyib.

O bildirib ki, Ermənistan kommunikasiyaların açılması ilə bağlı Azərbaycana yazılı təklif göndərib: "Regional kommunikasiyaların açılması məsələsinin hər iki tərəf üçün məqbul sayıla bilən həllini tapa bilərik”.

N.Paşinyan, həmçinin bildirib ki, İrəvan bu yaxınlarda Bakının sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflər paketinə cavab verib. Söhbət hələ razılaşdırılmamış qalan iki bənd üzrə təkliflərdən gedir.

Seçilən
20
22
olke.az

10Mənbələr