AZ

Səudiyyə vəliəhdi Putinə zəng vurdu: Neft qiymətləri müzakirə olundu

Bu gün Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhdi və Nazirlər Şurasının sədri Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı aparıb.

Musavat.com Kremlin mətbuat xidmətinin açıqlamasına istinadən xəbər verir ki, danışıq , Səudiyyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Məlumatda qeyd olunur ki, danışıq zamanı dünya neft bazarındakı vəziyyət müzakirə olunub: “OPEC+-da sıx koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb, qlobal enerji bazarında tarazlığın təmin edilməsi üçün bu formatda atılan addımların effektivliyi və vaxtında olması vurğulanıb”.

Həmçinin Fələstin-İsrail münaqişəsi də müzakirə olunub: “Qeyd edilib ki, Rusiya və Səudiyyə Ərəbistanının Yaxın Şərq nizamlanması ilə bağlı fundamental yanaşmaları praktiki olaraq üst-üstə düşür”.

Musavat.com

Seçilən
65
36
musavat.com

10Mənbələr