AZ

“Neftçi”ni bu günə salan onlardır – Legioner hər şeyi açıb danışdı

“Neftçi”də Samir Abasov dönəmi də hələ ki, lazımi effekti vermir.

“Ağ-qaralar” 46 yaşlı çalışdırıcının rəhbərliyi altındakı ilk matçda “Səbail”i 3:1 hesabı ilə məğlub etməyi bacarsa da, qələbənin davamı gəlmədi.

“Sabah” və “Şamaxı” ilə heç-heçələr, “Araz-Naxçıvan”dan alınan yenilgi vəziyyətin ürəkaçan olmadığını göstərir.

Bu qədər baş məşqçi dəyişikliyinin nəticəsi kimi komanda uğur qazana bilmirsə, kimdir günahkar? Komandanın bu vəziyyətdə olmasının səbəbi nədir?

Macarıstanlı legioner Mark Tamaş Sportinfo.az-ın mövzu ilə bağlı sualını cavablandırıb:

“Bu məsələdə baş məşqçini günahlandırmaq düzgün olmaz. Məşqlərdə səylə çalışırıq, lazım olan tapşırıqları alırıq.

Uğur qazanmağımız üçün əlindən gələni edir. Günahı kənarda, ya da kimdəsə axtarmalı deyilik.

2:0 öndə olduğumuz “Şamaxı”nı uda bilmədiksə, bu, bizim səhvimiz, bizim məsuliyyətimizdir. Baş məşqçi, yaxud başqası meydana girib qol vuran, qapımızın toxunulmazlığını qoruyan deyil.

Bunu etməli olan biz futbolçularıq. Komandanı düşdüyü yerdən də özümüz çıxarmalıyıq”.

Premyer Liqanın 13-cü turundan sonra aktivində 10 xal olan “Neftçi” turnir cədvəlində 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

HƏBİB

Seçilən
66
sportinfo.az

1Mənbələr