AZ

Rəsmilər COP29-da nüvə enerjisini üçqat artırma səylərinin genişləndirilməsini müzakirə ediblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



COP29 çərçivəsində "Nüvə enerjisini üçqat artırma səylərinin genişləndirilməsi" mövzusunda yüksəksəviyyəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir COP29 Sədrliyi, ABŞ-ın və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) birgə təşkilatçılığı ilə təşkil olunub.
Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov COP29 çərçivəsində aparılan iqlim dəyişmələri ilə bağlı danışıqların qlobal əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib: "Hər kəsə məlumdur ki, Azərbaycan bərpaolunan enerji sahəsində lider olmaq istəyir və bununla bağlı Azərbaycan öz gələcək planlarını bölüşüb. Bu planlara karbon emissiyalarının 2050-ci ilədək 50 faizə endirilməsi, enerji istehsalında isə bərpaolunan enerjinin payını 2030-cu ilədək 30 faiz artırmaq daxildir".
ABŞ Prezidentinin köməkçisi, Ağ evin iqlim üzrə müşaviri Ali Zaidi qeyd edib ki, 1,5 dərəcə hədəfinə nail olmaq üçün sıfır emissiyanın bizə təklif etdiyi hər cür alətdən istifadə etməliyik. Onun sözlərinə görə, atom, günəş və hidrogen enerjisi bu vacib alətlərdəndir.
Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yessimxanov Qazaxıstanın 30 illik müstəqillik dövründə enerji sektorunun ölkə iqtisadiyyatında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, Qazaxıstan iqlim dəyişikliyi ilə mübarizədə öz öhdəliklərinə sadiq qalır və karbon emissiyalarının azaldılması səylərini dəstəkləyir və 2060-cı ilədək karbon neytrallığı məqsədinə nail olmağı hədəfləyir.
Türkiyənin Enerji, Atom və Mineral Araşdırmalar Agentliyinin sədri Abdullah Buğrahan Karaveli Türkiyənin qlobal iqlim dəyişmələri ilə mübarizəni dəstəklədiyini və ona sadiq qaldığını diqqətə çatdırıb: "Biz bu sahədə öz öhdəliklərimizi yerinə yetirməklə böyük nailiyyətlər əldə etmişik. Bizim, həmçinin böyük planlarımız var. Onlardan biri 2053-cü ilə qədər sıfır emissiya hədəfinə nail olmaqdır. İqlim dəyişmələri ilə mübarizədə enerji sektoru böyük rol oynayır. Son 20 il ərzində Türkiyənin elektrik enerji ehtiyacı 3 qat artıb və proqnozlara görə hər il 3,2 faiz artacaq. Hazırda Türkiyənin atom enerjisindən istifadəsi 0 giqavata bərabərdir, ancaq yaxın gələcəkdə 20 giqavata çatdırılması planlaşdırılır. Hazırda 1 atom zavodu tikilir və onun potensialı 4800 giqavata bərabərdir. Onun birinci reaktoru gələn il istifadəyə veriləcək. 2028-ci ilin sonunadək isə ümumilikdə 4 reaktor istifadəyə veriləcək. Biz, həmçinin daha 2 nəhəng atom zavodunun tikilməsi üçün danışıqlar aparırıq".
O qeyd edib ki, Türkiyə atom enerji potensialını 50 min giqavata çatdırmağı hədəfləyir.
Seçilən
92
50
oxu.az

10Mənbələr