AZ

ABB-nin iqlim dəyişikliyi hesabatı

Azərbaycan Beynəlxalq Bankının yaydığı “İqlim dəyişikliyinin təsirləri və nəticələri” adlı hesabatda istiləşmənin əsas səbəbləri, onun qlobal və yerli səviyyədəki təsirləri barədə ətraflı məlumat verilib.

İqlim dəyişikliklərinin müxtəlif aspektləri, o cümlədən su resursları, atmosfer çirklənməsi və s. istiqamətlər üzrə geniş təhlillər aparılan sənəddə respublikamızda quraqlıq riskinin artması və şirin su ehtiyatlarının azalması, eyni zamanda, son onilliklərdə ölkədə atmosferə buraxılan çirkləndirici maddələrdə azalmanın nəzərə çarpması diqqətə çatdırılıb. Bununla bağlı müqayisəli göstəricilər təqdim olunub.

Hesabatda iqlim dəyişikliyinin Azərbaycan iqtisadiyyatında oynadığı mənfi rol geniş təhlil edilib. Araşdırmada iqlim dəyişikliyinin qlobal iqtisadiyyata təsirləri, inkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsi axını, enerji transformasiyası və s. bu kimi məsələlərlə bağlı da zəngin məlumatlar, eləcə də iqlim dəyişikliyinin bank sektoruna təsirləri ilə əlaqədar informasiyalar da yer alıb.

Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma – hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə Azərbaycan Beynəlxalq Bankı tətbiq edib.

Seçilən
11
8
xalqqazeti.az

10Mənbələr