AZ

Bakı “təmiz” inqilaba yol açır

Panel müzakirəsində yeni çərçivə sazişinin vacibliyi vurğulanıb

Bakıda keçirilən beynəlxalq iqlim tədbirində “Hədəflərin əlaqələndirilməsi: həyata keçirilə bilən və investisiyaya hazır müəyyənləşdirilmiş milli töhfələr” mövzusunda panel diskussiya təşkil edilib.

Müzakirədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, BMT-nin İnkişaf Proqramı, Netto Sıfır uğrunda Qlazqo Maliyyə Alyansı, eləcə də Qazaxıstan, Almaniya və Filippin rəsmiləri çıxış ediblər. Qeyd olunub ki, müəyyənləşdirilmiş milli töhfələr 2015-ci il Paris İqlim Sazişi çərçivəsində qlobal istiləşmənin məhdudlaşdırılması məqsədilə dövlətlərin ətraf mühitin mühafizəsi ilə bağlı fərdi qaydada planlaşdırdıqları hədəflər diqqət mərkəzində saxlanmalı, onlar yeni iqlim çağırışlarına uyğunlaşdırılmalıdır. İclasda, həmçinin Paris Sazişinin hədəflərinə nail olmaq üçün uğurlu təcrübələrin bölüşülməsi, multilateral əməkdaşlığın gücləndirilməsi, milli qanunvericiliyin bu hədəflərin reallaşdırılması üçün uyğunlaşdırılması ilə bağlı fikirlər səsləndirilib, istixana qazlarının azaldılması səyləri üzrə inklüziv forum çərçivəsində iqtisadi analizlərin təhlili və hökumətlərin öhdəlikləri ətrafında müzakirələr aparılıb.

Müzakirələrdə emissiyaların məhdudlaşdırılması, “yaşıl” texnologiyaların dəstəklənməsi və innovativ infrastukturların inkişafı naminə iqlim maliyyəsi ilə bağlı yeni çərçivə razılaşmasının vacibliyini vurğulanıb.

Seçilən
50
xalqqazeti.az

1Mənbələr