AZ

Daha bir ölkə  BRİKS-in tərəfdaş ölkəsi oldu

Boliviya BRİKS-in tərəfdaş ölkəsi olmağa razılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Boliviyanın xarici işlər naziri Selinda Sosa Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-29) 29-cu Tərəflər Konfransı çərçivəsində deyib 

Diplomatın sözlərinə görə, BRİKS ölkə üçün çoxtərəfli əməkdaşlıq mexanizmlərini, o cümlədən qlobal Cənub ölkələri ilə əməkdaşlıq mexanizmlərini gücləndirmək üçün uyğun alternativdir.

“Rusiya XİN rəhbərindən dəvət aldıq. Bizi BRİKS-in tərəfdaş dövləti kimi dəvət etmişdilər. Biz bu dəvətə müsbət cavab verdik”, - deyə Sosa bildirib.

Mina Mikayılova

Seçilən
18
2
bakivaxti.az

3Mənbələr