AZ

TV-də “sürpriz”in sonu bilindi - “Hamısı cəzalandı”

Əməkdar artist İlkin Əhmədova "7 Tamam" proqramında sürpriz edilərək, üçüncü övladının dünyaya gələcəyi haqda məlumatla yaranan qalmaqal hələ yaddaşlardadır. 

Day.Az axşam.az-a istinadla xəbər verir ki, xanəndə verilişdə ona qarşı edilən bu sürprizə çox əsəbiləşdiyini və qarşı tərəf ondan üzr istəməsə, polisə müraciət edəcəyini bildirmişdi.

"Məndən üzr istəsinlər, yoxsa polisə müraciət edəcəyəm" - VİDEO - ƏTRAFLI BURADA

"Həmin Zaur" verilişində qonaq olan sənətçi bunu edənlərin artıq cəzalandırıldığını açıqlayıb: "Bu məsələ artıq bitdi. Bunu edənlər cəzalarını aldı. Sürprizi xoşlayıram, amma evdə və ya dostlarımın əhatəsində. Lakin xəbərim olmadan TV-də və yersiz sürprizləri təkcə mən yox, mənəviyyatı və ləyaqəti olan heç kim xoşlamaz".

Seçilən
10
1
day.az

2Mənbələr