AZ

İran öz proksi qüvvələri üçün kimyəvi silah hazırlamağa çalışır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz proksi qüvvələri üçün kimyəvi silah istehsal etməyə çalışır.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə ABŞ-nin Terrorizmə Qarşı Mübarizə Mərkəzinin eksperti Metyu Levit "Bild" qəzetinə müsahibəsində bildirib.
O, MKİ sənədlərinə əsasən, İslam Respublikası 1984-cü ildən Çin və Rusiya mütəxəssislərinin köməyi ilə kimyəvi silah istehsalı üzərində işlədiyini bildirib.
"ABŞ hökuməti öz xəbərdarlıqlarında sinir sisteminə xüsusi təsir göstərən və ilk baxışdan qeyri-müəyyən və ölümcül olmayan kimi görünən, lakin təcrübədə ölümcül ola bilən narkotik əsaslı kimyəvi silahlara istinad edir. Bu cür silahlardan biri fentanildən alınıb ki, Rusiya onu 2002-ci ildə çeçen terrorçuları Moskva teatrında yüzlərlə adamı girov götürəndə istifadə edib. Rusiya xüsusi təyinatlıları terrorçuları məhv edə bilsələr də, əməliyyat zamanı 130-dan çox insan həlak olub", - deyə o bildirib.
Seçilən
75
50
oxu.az

10Mənbələr