AZ

Tramp keçmiş demokrat konqresmenə vəzifə verdi

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp keçmiş konqresmen Tulsi Habbardın Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, Tramp yazılı açıqlamasında ölkədəki 18 kəşfiyyat orqanının “çətir” təşkilatı olan Milli Kəşfiyyatın direktoru vəzifəsinə Habbardın namizədliyini irəli sürdüyünü bildirib.

2013-cü ildə Demokratlar Partiyasından ABŞ Konqresinə daxil olan və 2020-ci ildə keçirilmiş  prezident seçkilərində Co Baydenə rəqib kimi namizədliyini irəli sürüb.

Trampın indi qürurlu respublikaçı olduğunu bildirən və ABŞ ordusunda xidmət etmiş Habbard haqqında yüksək fikirlər səsləndirib:

“Mən bilirəm ki, Tulsi bizim kəşfiyyat cəmiyyətimizə onun şanlı karyerasını təyin edən qorxmaz ruhu gətirəcək”.

Uzun illər Demokratlar Partiyasında çalışmış Habbard Amerikanın xarici siyasətini sərt tənqid etməsi ilə tanınır. 

İsrailə güclü dəstəyin tərəfdarı olan Habbard Havay adalarından Konqresə ilk seçilən Amerika samoalısı olub.

Habbard vəzifəyə başlamazdan əvvəl Senatdan təsdiq almalıdır.

Seçilən
42
cebheinfo.az

1Mənbələr