AZ

Almaniya LNG terminallarına Rusiya qazını qəbul etməyi qadağan edib

Almaniyanın İqtisadi İşlər və İqlim Mühafizəsi Nazirliyi mayeləşdirilmiş təbii qaz (LNG) terminallarının operatorundan Rusiya yanacağından imtinanı tələb edib...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Financial Times qəzeti ona daxil olan məktuba istinadən yazıb.

Sənədə əsasən, Almaniya nazirliyi ölkədə dörd LNG terminalını idarə edən "Deutsche Energie Terminal" şirkətindən növbəti təlimatlara qədər Rusiyaya heç bir LNG tədarükünü qəbul etməməyi tələb edib. Bu, şirkət noyabrın 17-də Brunsbütteldə Rusiya LNG-ni yükləməyi planlaşdırdığı barədə səlahiyyətlilərə məlumat verdikdən sonra baş verir.

Nazirlik vurğulayıb ki, Rusiya LNG-dən imtina dövlət maraqlarını qorumaq, Almaniya və Avropa İttifaqının Rusiya qazından müstəqilliyini təmin etmək üçün lazımdır.

Almaniya İqtisadiyyat Nazirliyi FT-yə bildirib ki, Almaniya Rusiyadan qaz idxal etmir demək düzgün olardı. Bununla belə, SEFE (Securing Energy for Europe, keçmiş Gazprom Germania) hələ də Yamal LNG ilə mayeləşdirilmiş qazın tədarükünə dair uzunmüddətli müqaviləyə malikdir.

Avropa İttifaqı Rusiya qazının (neft və kömürdən fərqli olaraq) alınmasını qanuni olaraq qadağan etməyib. Lakin 2022-ci ilin yazında tətbiq edilən anti-Rusiya sanksiyaları faktiki olaraq Aİ ölkələrini qaza görə ödənişlər şəklində avro köçürmək imkanından məhrum edib.

Poliqon.info

Seçilən
46
26
poliqon.info

10Mənbələr