AZ

Bakıda avtoparkda qanlı cinayətin TƏFƏRRÜATI

 

Bakının Qaradağ rayonunda 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovu öldürüb, onun qardaşı 2001-ci il təvəllüdlü Samir Cəfərovu yaralayıb. 

Avtosfer.az demokrat.az-a istinadən xəbər verir ki, Sərxan 22 sentyabr 2021-ci ildə, saat 21 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən “Kingsmart” marketinin qarşısında taksi fəaliyyəti ilə məşğul olduğu idarə etdiyi “KİA RİO” markalı avtomobildə olarkən mübahisəsi olduğu Kamalın tanımadığı qardaşı Samir müştəri qismində avtomobilə əyləşiblər. Ona Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən 6 saylı avtoparkın yaxınlığına aparmasını istədikdə razılaşıbıar. 

Həmin avtoparka çatdıqda öncədən onları orada gözləyən Kamalla münaqişənin aydınlaşdırılması məqsədilə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onu öldürmək qərarına gəliblər. Avtomobildə saxladığı cib bıçağını götürüb və həmin bıçaqla Kamalın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurub. 

Sərxan Kamalı öldürdükdən sonra mübahisəyə müdaxilə edən Samirə də həmin bıçaqla xəsarətlər yetirib. Samir müxtəlif dərəcəli xəsarətlərlə vaxtında xəstəxanaya çatdırılması, ona tibbi yardım göstərilməsi nərticəsində həyatını xilas etmək mümkün olub. 

Hadisəni törədən Sərxanın barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün 22 sentyabr 2021-ci ildə Lökbatan qəsəbəsi “Kings Mart”ın yaxınlığında dayandığı vaxt tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq “28 May” metrostansiyasına gedəcəyini bildirərək avtomobilə əyləşib və onunla xidməti haqqı olaraq 10 manata razılaşıb: “Lökbatandan tam çıxmamış sərnişin kimi özünü təqdim edən və sonradan adı mənə məlum olan Samir “Cırtdan” parkının qarşısından sağa dönərək oradan bir xanımı da götürməli olduğunu, ora çatdıqda isə avtomobili söndürməyimi və xanımın 5 dəqiqə sonra gələcəyini bildirdi. Həmin vaxt Samir kiminləsə mobil telefon vasitəsi ilə mesajlaşdı. Təxminən 2 dəqiqə sonra əvvəllər mübahisəm olan Kamil və onun dostu Şəhriyar qaçaraq bir anda maşının qapısını açaraq sinəmə təpik vurmağa başladılar. Təpiyin təsirindən avtomobilin sağ oturacağı tərəfə yıxıldım. Bu zaman avtomobildə əyləşən Samir baş nahiyyəmdən bir neçə dəfə “beşbarmaq” adlanan soyuq silahla vurmağa başladı. Şəhriyar və Kamil isə ayağımdan çəkərək maşından yerə yıxmağa cəhd göstərdilər. Lakin hər iki əlim ilə sükandan tutaraq onlara mane olmağa çalışdım. Ucadan qışqıraraq köməyə insan çağırsam da, yaxınlıqda heç kim olmayıb. Sonra Samir də mənə yaxınlaşdı. Onlar məni avtomobilindən zorla yerlə düşürdülər. Həmin vaxt avtomobilinin sağ qapısında saxlanc yerində olan açılıb-qatlanan bıçağı özümü müdafiə məqsədilə götürdüm. Onlar məni yerə yıxaraq təpikləməyə və beşbarmaqla vurmağa başladı. Mən də ayağa durub qaçmaq istəsəm də, Samir arxadan məni qucaqlayaraq qaçmağıma mane oldu. Şəhriyar və Kamil isə əllərindəki dəmir parçası ilə məni vuraraq yerə yıxdılar. Onların əlindəki dəmir parçasının bıçaq olduğunu zənn etdim. Buna görə də yenidən qışqıraraq kömək istədim. Heç kimin yaxınlaşmadığını, qaça bilməyəcəyimi anladıqdan sonra zərbələrdən qurtulmaq üçün onları qorxutmaq məqsədilə cibimdəki bıçağı çıxartdım. Lakin Kamil məni nalayiq ifadələrlə təhqir edərək “demişdim axı səni öldürəcəm” deyərək qışqırdı. Mən də yerdə uzanmış olduğum halda əlimdəki bıçağı açaraq zərbələrin təsirindən özümü qorumaq məqsədilə bıçağı sağa-sola hərəkət etdirdim. Bu vaxtı Kamil ona təpik atdığı üçün bıçaq Kamilin sağ ayağına dəymiş, Kamil və qardaşı Samir məni buraxıb qaçmağa başladılar. Ayağa qalxdıqda Şəhriyarın donub qaldığını gördümş Mən Şəhriyara toxunmadım və tez maşına oturaraq Kamili xəstəxanaya çatdırmaq üçün onların arxasınca getsəm də, onlar gözdən itdiyi üçün evə getdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 1 saat sonra polis əməkdaşları onu Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə aparıb: “Orada Kamilin ayağından aldığı xəsarət nəticəsində qan itirərək öldüyü mənə məlum oldu. Mən bildiyimə görə mənimlə qərəzli münasibətdə olan şəxslər Kamilgili məni öldürmək üçün göndəriblər. Məni əvvəl bir neçə dəfə də maşından çıxarıb yerə ataraq döyüblər. Mən  hadisə vaxtı yalnız özümü müdafiə etmişəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Samirin sözlərinə görə, 22 sentyabr 2021-ci ildə, axşam saat 20:28-də Lökbatan qəsəbəsində yerləşən futbol stadionunda olan zaman böyük qardaşı Kamilin  mobil nömrəsindən onun mobil nömrəsinin “Whatsapp” sosial tətbiqinə mesaj gəlib. Onun sözlərinə görə, Kamil ona harada olduğunu, marketin qarşısında taksinin dayandığını, onu yanına gətirməyi, onun anasının başına oyun açacağını yazıb: “Qardaşım Kamil bir çox mesajlar yazsa da, mesajların mətnini dəqiq başa düşmədiyim üçün qardaşıma zəng vuraraq Sərxan barəsində bəzi məlumatları dəqiqləşdirdim. Həmin vaxt Sərxan mənimlə Kamilin qardaş olduğumuzu bilməyib. Daha sonra Sərxan başqa adam apardığı üçün bu barədə Kamilə yazdım. Kamil də ona gözləyərək onunla gəlməyimi dedi. Sonra “mən Fəridəgil tərəfdə, arxadayam” deyə yazdı. Daha sonra Sərxan geri qayıtdığı üçün Kamilə “Gəldi”, “Getrim?” mesajlarını yazdım. Kamil Fəridəgil tərəfdə arxaya gətirməyimi, orada olduğunu yazdı. Ondan orada kiminlə olduğunu soruşanda isə “Şıkı” yazaraq cavab verdi. Daha sonra Kamil mənə “mən vuranda sən vurma”, “mən sənə deyəcəm” yazandan sonra anidən Şəhriyar “whatsapp” tətbiqi ilə gətirməməyimi dedi. Səbəbini soruşsam da, Şəhriyar ”deyirəm gətirmə də” yazdı. Dərhal qardaşım Kamilə Şəhriyarın mesajına münasibətdə “o, deyir, gətirmə axi” yazdım. Kamil isə gətirməyimi tapşırdı”.

Samir qeyd edib ki, artıq Sərxana yaxınlaşaraq “28 May”a getmək üçün onunla 10 manata razılaşıb və ilkin olaraq 6 saylı avtoparkın yanından bir nəfəri də götürərək birlikdə getmələrini bildirib: “Sərxanla birlikdə qardaşım Kamilin dediyi yerə, yəni 6 saylı avtoparkın yaxınlığında olan qaranlıq torpaq yola gəldik. Orada Sərxanla birlikdə gözlədik. Təxminən 1-2 dəqiqə keçəndən sonra anidən qardaşım Kamil Sərxanın idarə etdiyi avtomaşının qabaq sürücü əyləşən tərəf qapısını açdı, Sərxana təpik və yumruq zərbələri endirməyə başladı. Elə həmin an Sərxan macal taparaq maşından yerə endi, qardaşım Kamillə üzbəüz dayanaraq qarşılıqlı olaraq bir-birlərinə yumruq, təpik zərbələri endirməyə başladılar. Maşından düşərək Kamilin yanına gəldim, Sərxanın arxasına keçərək hər iki əlim ilə onu arxadan qucaqladım və ayırmaq üçün geriyə çəkdim. Həmin an Şəhriyar yaxınlaşaraq qardaşı Kamili tutaraq ayırmaq məqsədi ilə arxaya çəkdi. Həmin vaxt Sərxan möhkəm səslə “kömək edin” deyə qışqırdı. Anidən Kamil Şəhriyara “əlində bıçaq var, al əlindən” deyəndə elə həmin an özüm sol qolumun yuxarı hissəsindən bıçaqlandığımı hiss edərək “məni də bıçaqla vurdu” dedim. Sərxan qardaşım Kamilə və digər ailə üzvlərimə söyüşlər söydüyü üçün onu yuxarı qaldıraraq kürəyi üstə yerə çırpdım. Kamil yenidən yerdə olan Sərxana hücum edərək ona təpik zərbələri vurmağa başladı. Bu an mən Sərxanın sağ əlində gümüşü rəngli bıçaq olduğunu gördü və bıçağın tiyəsi parladı. Sərxanın sağ əlini tutmağa calışsam da, o, macal tapıb əlindəki bıçaqla qardaşım Kamilin ayaq nahiyyələrinə kortəbii şəkildə zərbələr endirməyə başladı. Bu vaxt Şəhriyar yenidən Kamili tutaraq kənara çəkdi. Mən də Sərxanı buraxdım. Sərxan ayağa durduqdan sonra əlində bıçaq olduğunu bildiyimiz üçün ondan xeyli kənara çəkiləndə Sərxan bunu gördü, əlində olan bıçağı yuxarı qaldıraraq məndən arxada dayanmış Şəhriyara hücum çəkdi. Şəhriyar isə “məni niyə vurursan, mən sizi ayırmışam” deyəndə Sərxan bıçağı aşağı endirdi. Ətrafa yenidən baxdıqda qardaşım Kamilin asta və axsayaraq getdiyini gördüm. Əlindəki bıçağı yerə ataraq yerdə olan daş parçasını götürdü və Kamilin arxasınca atdı. Daş arxadan Kamilin sol yuxarı bud nahiyyəmə dəydi. Kamil dayanmayaraq asta-asta, axsayaraq yoluna davam etdi. Daha sonra Sərxan cinayət aləti kimi istifadə etdiyi bıçağı yerdən götürdü və  avtomobilinə əyləşərək üzü 28 May küçəsi istiqamətə getdi. Həmin vaxt qardaşım Kamil də həmin istiqamətdə getdi. Sərxan idarə etdiyi avtomobillə Kamilin yanına çataraq avtomobili onun üstünə sürdü. Kamil də üzərinə avtomobilin gəldiyini görərək geriyə çəkildi. Sərxan da avtomobilin istiqamətini yenidən getdiyi yola dəyişərək yük səs sürətlə çıxaraq getdi. Şəhriyar qaçaraq Kamilin yanına getdi. Mən özüm isə yaralı olduğum və qorxduğum üçün taqətdən düşdüm. Xeyli arxada yavaş-yavaş yeriyərək Kamillə Şəhriyar olan yerə çatdım. Orada olan daşın üzərində oturdum. Kamil yaxınlıqda olan zibil qutularının yanında özündən getdi. Şəhriyar bir neçə dəfə onu adı ilə səslədikdən sonra o, birtəhər özünə gəldi. Şəhriyar onun çiyninə girib ona kömək edərək 6 saylı avtoparkın giriş hissəsində olan dəmir darvazanın qarşısına apardı. Kamil artıq xırıldayırdı. Həmin vaxt özüm də onlara yaxınlaşaraq orada olan daşın üzərində yenidən əyləşdik. Artıq hərəkət etməyə taqətim qalmamışdı. Şəhriyar isə Kamili xəstəxanaya aparmaq üçün qaçaraq taksi gətirməyə getdi”. 

Samirin sözlərinə görə, təxminən 5-6 dəqiqədən sonra Şəhriyar taksi ilə gələrək Kamilə kömək edib və onu yerdən qaldıraraq taksinin yanına aparanda Kamil taksinin yanına çatsa da, orada yerə yıxılaraq dura bilməyib: “Taksi sürücüsü isə ”mənlik deyil, qapını bağla, mən gedirəm” deyərək asta sürətlə maşını sürməyə başladı. Yaxınlıqda olan adamlar taksi sürücüsünə dayanmağı desələr də, o, heç kimə qulaq asmayaraq sürməyə davam etdi. Təxminən 20 dəqiqədən sonra təcili tibbi yardım briqadası gələrək Kamilə orada ilkin tibbi yardım göstərdi. Daha sonra onu Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına apardılar. Daha sonra Şəhriyarla birlikdə markasını və dövlət qeydiyyat nişanını xatırlamadığım avtomobillə həmin xəstəxanaya getdik. Xəstəxanaya çatdıq da, orada Kamilin cərrahi əməliyyat üçün əməliyyatxanaya qaldırıldığını bildik. Sonra Şəhriyar hadisə vaxtı mənim də yaralandığımı həkimə bildirdim. Mənə də tibbi yardım göstərmək məqsədilə xəstəxananın icərisinə apardılar. Orada sol qoluma ilkin tibbi yardım göstərildi. Təxminən 10 dəqiqədən sonra tanımadığım bir nəfər qardaşım Kamilin öldüyünü dedi. Dərhal mobil telefonum ilə Şəhriyarın mobil nömrəsinə zəng vurdum və Kamilin öldüyünü bildirdim. Daha sonra isə olanları xatırlamıram”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərxan 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan zərərçəkmiş Kamil Cəfərovun hüquqi varisi və zərərçəkmiş Samir Cəfərovun nümayəndələri apellyasiya şikayətləri veriblər. Onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmümün ləğv edilməsini, Sərxan Dadaşova 10 ildən artıq cəza verilməsini istəyiblər. 

Həmçinin dövlət ittihamçısı tərəfindən də apellyasiya protesti verilərək, Sərxan Dadaşovun cəzasının ağırlaşdırılması tələb olunub. 

Təqsirləndirilən şəxsin müdafiəçisi də apellyasiya şikayəti verib. Müdafiəçi Sərxan Dadaşovun işinə yenidən baxılmasını, ədalətli qərar qəbul edilməsini istəyib. 

Tərəflərin şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Tərəflərin şikayətlərinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, apellyasiya şikayətləri və protesti təmin edilməyib. 

Bu qərardan dövlət ittihamçısı tərəfindən kasasiya protesti verib. Dövlət ittihamçısı protestində Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən ağırlaşdırıcı halların müəyyən edilməsini üçün apellyasiya instansiyasına qaytarılmsını istəyib. 

Həmçinin eyni tələblə zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs tərəfindən də kasasiya şikayəti verilib. Təqsirləndirilən  şəxsin müdafiəçisi tərəfindən də kasasiya şikayəti verilib. O, kasasiya şikayətində təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi xahiş olunub. 

Tərəflərin şikayətinə Ali Məhkəmədə baxılıb. Daha yuxarı instansiya məhkəməsinin hakimləri kasasiya protestinin və şikayətinin dəlillərini araşdırıblar, sonda qərar veriblər. Qərara görə, həm kasasiya protesti, həm də kasasiya şikayətləri təmin edilməyib. 

Seçilən
527
1
avtosfer.az

2Mənbələr