AZ

FIFA prezidenti: “COP29-a dəvət almaq şərəfli idi”

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎nın (FIFA) prezidenti Canni İnfantino Bakıda keçirilən COP29-da iştirakından danışıb.

Arena.az xəbər verir ki, İnfantino BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Bakıya təşrif buyurmuşdu.

FIFA prezidenti bu mötəbər tədbirdəki iştirakı ilə bağlı fikirlərini şəxsi “İnstagram” hesabında paylaşıb. O, paylaşımında tədbirdə planetin, həmçinin futbolun gələcəyini Prezident İlham Əliyev, bir çox dövlət başçısı və hökumət nümayəndəsi ilə müzakirə etdiyini bildirib. Dünyanin ali futbol qurumunun rəhbəri bunları qeyd edib:

“Qlobal iqlim problemlərini həll etmək üçün dünya liderlərinin toplaşdığı Bakıda keçirilən COP29-a dəvət almaq şərəfli idi. FIFA beynəlxalq təşkilat olaraq, ətraf mühit və iqlimin qorunmasına ciddi yanaşır. Buradakı tədbirdə iştirak edən hər kəsin ümimi məqsədi var ki, bundan məmnun oldum: uşaqlarımız və onların gələcəyi. FIFA iqlim dəyişikliyi ilə bağlı mühüm qlobal məsələdə öz rolunu oynamağa davam edəcək. Prezident İlham Əliyevə, AFFA-ya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm”, – ali futbol qurumunun rəhbəri vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də başlamış və Bakıda təşkil olunmuş COP29 ayın 22-nə qədər davam edəcək.

Seçilən
10
16
arena.az

10Mənbələr