AZ

57 yaşlı futbolçu 40-cı mövsümünü keçirəcək

style='margin-bottom:10px;'>

Dünyanın peşəkar futbolçu karyerasını davam etdirən ən yaşlı oyunçusu olan Kadzuesi Miura futbolla vidalaşmağı düşünmür.

QOL.az xəbər verir ki, 57 yaşlı hücumçu hazırda icarə əsasında çıxış etdiyi "Atletiko Suzuka"da (Yaponiya) daha bir mövsüm oynayacaq.

Yaponiya millisinin sabiq üzvü bu haqda sosial şəbəkə hesabında paylaşım edib. Yeni mövsüm onun karyerasında 40-cı mövsüm olacaq.

Qeyd edək ki, 1990-cı ildən 2000-ci ilə qədər Yaponiya millisində çıxış edən K.Miura yığmada 55 qol vurub. O, Braziliya, İtaliya, Xorvatiya , Avstraliya və Portuqaliya klublarında da forma geyinib.

Peşəkar karyerasına 1986-cı ildə Braziliyanın "Santos" klubunda başlayan Miura ümumilikdə 18 kubok qazanıb.

Seçilən
23
teleqraf.com

1Mənbələr