AZ

İsak Azərbaycanla oyunu səbirsizliklə gözləyir

style='margin-bottom:10px;'>

İsveç millisinin hücumçusu Aleksandr İsak Millətlər Liqasında Slovakiya və Azərbaycanla keçirəcəkləri oyunlarla bağlı danışıb.

QOL.az xəbər verir ki, o, federasiyanın rəsmi saytına açıqlamasında hər iki oyunu səbirsizliklə gözlədiyini bildirib. Zədə səbəbindən ötən mövsüm meydana çıxmayan 25 yaşlı forvard yenidən komandaya qayıtmasının xoş olduğunu deyib:

"Slovakiya ilə görüş qrupda final matçı kimi olacaq. Çox vacib oyundur. Milli komandaya qayıtmaq həmişə xoşdur. Komandamızda yaxşı harmoniya var. Hamı pozitivdir. Slovakiya və Azərbaycanla keçiriləcək iki vacib oyunu səbirsizliklə gözləyirik".

Qeyd edək ki, İsveç - Azərbaycan oyunu noyabrın 19-da Solnadakı “Strouberri Arena”da keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Seçilən
30
3
teleqraf.com

4Mənbələr