AZ

Politoloq: Fransanın insanlıq naminə heç bir fəaliyyəti yoxdur...

Azərbaycan prezidenti İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Fransa və Avropa İttifaqını sərt şəkildə tənqid edib...

Azər Qasımov: “COP29 tədbirinin açılışında Cənab Prezident İlham Əliyevin keçirilən beynəlxalq tədbiri qlobal mahiyyətindən kənar kiçik hesablaşmalar üçün meydan edən dövlət və təşkilatlar barəsində dedikləri dünya ictimaiyyətinə verilən çox güclü mesaj oldu”.

“Fransa dünyada nüvə enerjisindən istifadə edən ölkələrin başında gedir. Nüvə xammalının hasilatı, işlənmiş nüvə atıqlarının saxlanılması, nüvə reaktorlarının ətraf mühitin təhlükəsizliyinə gətirdiyi riskləri və təsirlər heç bir başqa faktorlarla müqayisə edilə bilməz”.

Bu sözləri politoloq Azər Qasımov Prezident İlham Əliyevin COP29-da etdiyi çıxışı Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında mühüm məqamlara toxunub. Ölkə başçısı deyib ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Həmçinin İlham Əliyev çıxışlarında Fransa və Avropa İttifaqını sərt şəkildə tənqid edib və buna görə də Fransa nümayəndə heyəti Bakıya gəlməkdən imtina edib.

Hazırda yaşadığımız iqlim böhranında Fransanın da xüsusi payının olduğunu nəzərə alarsaq, Parisin sərgiləndiyi bu mövqe necə dəyərləndirilə bilər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Fransa və onun kimi düşünən dövlət və təşkilatlar bundan sonra dünya ictimaiyyətini yalanlarla aldada bilməyəcək”.

Dünyada ekoloji problemlər yaradan ölkələrin Azərbaycanın bu problemlər əleyhinə fəaliyyətindən narazı olduqlarını vurğulayan politoloq Poliqon-a bildirib ki, bu, onların bu günə kimi mövcud olan yaşam tərzlərinin sona çatmasının başlanğıcı olduğu üçün onlar narahatdırlar:

“COP29 tədbirinin açılışında cənab Prezident İlham Əliyevin keçirilən beynəlxalq tədbiri qlobal mahiyyətindən kənar kiçik hesablaşmalar üçün meydan edən dövlət və təşkilatlar barəsində dedikləri dünya ictimaiyyətinə verilən çox güclü mesaj oldu. İnsanlığın varolma problemlərini müzakirə edib, onun qarşısını almaq üçün tədbirlərin görülməsi planlaşdırılan bir tədbirə gəlməyən və bunun əleyhinə təbliğat aparmaq yolunu seçmək ancaq şər qüvvələrin işi ola bilər. Hansı ki, siyahıya baxdıqda Fransa bunların başında gedir.

Göründüyü kimi, Fransanın insanlıq naminə heç bir fəaliyyəti yoxdur, əksinə Fransa müasir dünyada neokolonializm siyasəti yürüdür, xalqları müstəmləkə altında saxlayır. Fransanın keçən əsrdə Əlcəzairdə etdiyi soyqırım onun dünyəvi dövlət olmadığını göstərir. Fransa son yüz ildə Afrika qitəsində sümürgəçilik siyasəti yürütməklə üçüncü dünya ölkələrinin təbii sərvətlərini talamaqla məşğul olub, onların həyatını cəhənnəmə çevirib.

Azər Qasımov: “Azərbaycan prezidenti də Fransa və Aİ-nı tənqid etməklə dünya ictimaiyyətinə onların mahiyyətini başa salıb”.

Fransa dünyada nüvə enerjisindən istifadə edən ölkələrin başında gedir. Nüvə xammalının hasilatı, işlənmiş nüvə atıqlarının saxlanılması, nüvə reaktorlarının ətraf mühitin təhlükəsizliyinə gətirdiyi riskləri və təsirlər heç bir başqa faktorlarla müqayisə edilə bilməz. Nüvə atıqlarının Afrikada basdırılması onun kiçik dostu Ermənistanın da eyni fəaliyyətdə olması ilə uyğunlaşır. Ermənistan da “Metsomor” atom stansiyasının işlənmiş nüvə atıqlarını Azərbaycanın işğalda olduğu ərazilərində başlamışdır. Göründüyü kimi, dünyada ekoloji problemlər yaradan ölkələr Azərbaycanın bu problemlər əleyhinə fəaliyyətindən narazıdırlar. Bu, onların bu günə kimi mövcud olan yaşam tərzlərinin sona gəlməsinin başlanğıcı olduğu üçün onlar narahatdırlar.

Azərbaycan prezidenti də Fransa və Aİ-nı tənqid etməklə dünya ictimaiyyətinə onların mahiyyətini başa salıb. Hesab edirəm ki, Fransa və onun kimi düşünən dövlət və təşkilatlar bundan sonra dünya ictimaiyyətini yalanlarla aldada bilməyəcək. Azərbaycan dövləti öz siyasəti ilə onları tarixdə layiq olduqları yerə qoyacaq, artıq dünyanı ekoloji terrora məruz qoymasına imkan verməyəcək”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
23
50
poliqon.info

10Mənbələr