AZ

Almaniya şirkətindən 8,2 milyon avro oğurlayan Yasəmən kimdir?

Almaniyada 8,2 milyon avroluq oğurluğun əsas şübhəlisi kimi ilk dəfə hakim qarşısına çıxan türk əsilli Almaniya vətəndaşı Yasəmən Gündoğan təəccüblü ifadə verib.

Publika.az xəbər verir ki, Bremen Əyalət Məhkəməsində on ilə qədər həbs tələbi ilə mühakimə olunan Gündoğan məhkəmədəki rahat davranışı ilə hər kəsi təəccübləndirib.

Gündoğan hər şeyin dostları arasında zarafatla başladığını iddia edib. O, sevgilisi narkotik alveri ilə həbsxanada olduğu üçün çətin günlər keçirərkən bunu törətdiyini bildirərək, dostlarından birinin onu razı saldığını deyib.

Gündoğan oğurluq zamanı ona bəzi cinayətkar şəxslərin kömək etdiyini və qaçdığını qeyd edib. Lakin o, məhkəmədə ona köməklik edənlərin adlarını qeyd etməkdən çəkinib.

“Mənim işim sadəcə pulları maşına yükləmək idi”

Gündoğan çalışdığı şirkətin təhlükəsizlik baxımından zəif cəhətləri olduğuna diqqət çəkib: “Oğurluğu uzun müddət planlaşdırmağa ehtiyac yox idi. Bunu hər gün edə bilərdim. Hadisə baş verən gün pulu seyf yerinə tullantı kağızı qabına qoydum və sonra bu qabı çıxarıb cinayət ortaqlarıma təhvil verdim. Qalanı isə onların işi idi”.

Pulların yerini demədi

Pulun harada olduğu haqda məlumat verməyən Gündoğan bu puldan cəmi 20-25 min avro götürdüyünü iddia edib: “Qalan pulun harada olduğunu bilmirəm. Geriyə baxanda, məni həqiqətən aldatdılar. Belə bir şey edib, sonra pulsuz qalmaq utancvericidir”.

Seçilən
40
publika.az

1Mənbələr