AZ

Fırıldaqçı fransız siyasətçi Marin Le Pen həbs cəzasına məhkum edilib

Maliyyə fırıldaqlarında və mənimsəmədə təqsirli bilinən Marin Le Pen həbs cəzasına məhkum edilib və növbəti 5 il müddətinə dövlət vəzifələrinə, o cümlədən Fransa prezidentliyinə namizədliyini irəli sürmək qadağan edilib.

Editor.az bildirir ki, bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb. Prokurorluq həmçinin Le Penin 300 min avro cərimələnməsini xahiş edib. Belə bir cəza Avropa Parlamentinin pullarının sui-istifadəsi ilə bağlı cinayət işində istənilir. Onun tərkibinə “Milli Mitinq”in 26 nümayəndəsi də daxildir. Bundan əlavə, prokurorluq “Milli Mitinq” partiyası üçün 2 milyon avro cərimə istəyir.

BFMTV-nin qeyd etdiyi kimi, məhkəmə hökm çıxarsa, Le Pen qərardan şikayət etsə belə, seçkilərdə iştirak edə bilməyəcək. O, daha əvvəl 2027-ci ildə Fransa prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirmişdi. Le Pen özü də prokurorluğun tələblərini şərh edərkən bildirib ki, ittiham tərəfi partiyanı məhv etməyə və “fransız xalqını istədikləri şəxsə səs vermək imkanından məhrum etməyə” çalışır.

//Samir Qurbanov, Editor.az

Seçilən
121
50
editor.az

10Mənbələr