AZ

Türk dünyasının və regionun inkişafına töhfə

“Azərbaycan və Özbəkistanı tarixi dostluq, qardaşlıq münasibətləri bağlayır, uzun illərin sınağından çıxan qardaşlıq bu gün ən yüksək zirvəyə çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu Öndərin təməlini qoyduğu bu münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bəhrəsini verməkdədir. Azərbaycan-Özbəkistan əlaqələrinin hazırkı yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşlər ki, bu əlaqələrin daha da irəliləməsinə təkan verir.”

“İki sahil” xəbər verir ki,  bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin 2004-cü il martın 23-24-də bu ölkəyə dövlət səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb ki, bu sənəd yeni siyasi-iqtisadi, humanitar əlaqələrə əlavə fürsətlərə yol açıb. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsi də məmnunluq doğurur. Azərbaycan Cənubi Qafqazda Özbəkistanın əsas ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında  ticarət dövriyyəsi 161 milyon 581 min ABŞ dolları həcmində olub. O cümlədən ixracının həcmi 43 milyon 336 min, idxalının həcmi isə 118 milyon 245 min ABŞ dolları təşkil edib. Hazırda Özbəkistanda Azərbaycan kapitalına malik 204 şirkət fəaliyyət göstərir. Respublikamız dost ölkənin iqtisadiyyatına 12 milyon ABŞ dolları investisiya qoyub.

Özbəkistan şirkətləri hazırda Azad ərazilərimizdə investisiya layihələrinuin icrasında yaxından iştirak etmk niyyətlərini bəyan edib. İlk bünövrə qoyulub,  Füzulidə özbək sərmayəsi ilə məktəb inşa edilib, Prezident Şavkat Mirziyoyevinb bölgəyə səfəri zamanı yeni layihələr barədə müzakirə aparılıb. Hazırda Özbəkistan bu ərazilərdə pambıqçılığın inkişafına töhfə vermək istəyir və Xankəndi şəhərində tikiş fabrikinin inşası da bu planın bir hissəsidir.
A.Hüseynovun szölərinə görə, iki ölkənin qarşılıqlı münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirakı və Qarabağ Bəyannaməsini imzalması türk birliyinin güclənməsində mühüm əsaslardan biridir. Nəqliyyat sektoru iki qardaş dövlət, bütövlükdə türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir. Yeni İpək Yolunun Orta Dəhlizi üzərində yerləşən ölkələrimiz bu sahədə də fəal əməkdaşlıq həyata keçirir.

Seçilən
42
1
ikisahil.az

2Mənbələr