AZ

İkardinin bu sözləri olay oldu: "Xoşbəxt olmağımıza icazə ver"

"Qalatasaray"ın ulduz futbolçusu, mövsümü zədə səbəbindən vaxtından əvvəl başa vuran argentinalı Mauro İkardinin yazdığı məktub sosial şəbəkələrdə müzakirə olunur.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İkardinin Vanda Naraya yazdığı iddia edilən məktubundakı “Həm zəif tərəfim, həm də gücümsən” sözləri İnstaqramda və “X”də paylaşılıb.

Məktubun mətni isə belədir:

"Mən hər şeyi dəyişə bilərəm, bunu edə bilərəm, amma nə üçün? Həyat davam edirmiş kimi davranmaq? Mən bunu istəmirəm. Tək məqsədim dinc bir həyat sürmək, anın dadını çıxarmaq, uşaqlarımla birlikdə bu illər ərzində əldə etdiklərimdən həzz almaq. Qurduğumuz hər şeydən həzz almaq... Özünə dəyər ver, bizə dəyər ver və xoşbəxt olmağımıza icazə ver. Sənə bir daha deyirəm, bütün bunları həyatımın qadını, bu dünyada hər şeydən çox sevdiyim qadınla etmək istəyirəm. Sən mənim həm zəif tərəfim, həm də gücümsən. Sən gözəl şahzadəmsən və toy günündə nənənə söz verdiyim kimi əbədi olaraq... Özünə yaxşı bax!”.

Mauri İkardi ilə Vanda Nara 10 ildir ki, birlikdəydilər. Bu ilin yay aylarında Vanda Nara İkardidən boşanmaq istədiyini açıqladı.


Müəllif: Pərvin Cəfərova
Seçilən
49
teleqraf.com

1Mənbələr