AZ

"Rusiya ilə danışıqlara başlama qərarını yalnız Ukrayna özü verə bilər" - NATO baş katibi

NATO-nun baş katibi Mark Rutte Ukraynada davam edən müharibənin necə dayandırılacağından danışıb.

Sitat.info  xarici mediaya istinadən xəbər verir ki, M.Rutte bu barəair qərarı yalnız Kiyev administrasiyasının verə biləcəyini vurğulayıb.

O, həmçinin Ukraynanın Rusiya ilə “güclü mövqedə” danışıqlar masasına keçə bilməsi üçün dəstəyin davam etdirilməsi lazım olduğunu bildirib.

Rusiyanın həm Ukrayna, həm də qlobal təhlükəsizliyə qarşı təhdidləri səbəbindən NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsinin aktuallığını vurğulayan Rutte, müdafiə sənayesinə investisiyaların və istehsalın artırılmasının kritik əhəmiyyət daşıdığını bildirib.

Rutte Rusiya prezidenti Vladimir Putinin Ukraynanın enerji infrastrukturunu hədəfə alaraq qışdan "silah kimi istifadə etməyi" hədəflədiyi barədə xəbərdarlıq edib.

O, Ukraynaya dəstək vermənin təkcə Ukraynanın suverenliyi üçün deyil, həm də Avropa və transatlantik təhlükəsizliyi üçün vacib olduğunu bildirib.

Rusiya ilə istənilən sülh danışıqlarının Ukraynanın şərtlərinə uyğun aparılmalı olduğunu deyən Rutte deyib: "Yalnız Ukrayna hökuməti Rusiya ilə bu müharibəni necə bitirmək barədə danışıqlara başlamaq qərarı verə bilər, lakin onlar bunu güclü mövqedən etməlidirlər. Ona görə də, biz Ukraynaya müdafiə yardımı göstərməyə davam etməliyik ki,  qərar günü gəldiyində güclü mövqedə onların bu müharibəni  bitirəcəyinə əmin olaq.".

O bildirib ki, ABŞ və Avropa arasında əməkdaşlığa əsaslanan güclü NATO həm regional, həm də qlobal sabitlik üçün vacibdir: "Bizim ABŞ-a, ABŞ-ın da bizə ehtiyacı var".

Nərgiz,

Sitat.info

Seçilən
53
50
sitat.info

10Mənbələr