AZ

Sabiq prokurorun qardaşının məhkəməsi oldu

Dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırım, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Qoşqar Məmmədovun məhkəməsinin hazırlıq iclası keçirilib.

Publika.az Unikal.az-a istinadən Bakı Ağır Cinayətlər Məhkəməsində Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslər və vəkilləri, eləcə də zərərçəkmiş şəxsin nümayəndəsi ittiham aktı ilə tanış olmadıqlarını bildiriblər.

Məhkəmə müşavirəsi əsasında proses iştirakçılarının ittiham aktı ilə tanış olması üçün vaxt verilməsinə qərar verilib .

Hazırlıq iclası 26 noyabr tarixinədək təxirə salınıb.

Seçilən
17
8
publika.az

10Mənbələr