AZ

"Hyundai" sensor ekranları fiziki düymələrlə əvəz edir

Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai" ön konsoldakı sensor ekranları fiziki düymələrlə əvəz edəcək.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, sensor ekranlar müasir avtomobillərdə estetik görünüş versə də, sürüş zamanı ondan istifadə ciddi problemlərə səbəb ola bilir. Cənubi Koreyalı avtomobil istehsalçısının apardığı araşdırmaya görə, sürücülər hərəkət anlarında ekranda lazım olan düyməni tapmaq üçün baxışlarını yoldan ayırmaq məcburiyyətində qalırlar, bu da onları narahat edir.Sensor ekranlar üzərində toxunma hissi olmadığı üçün sürücü düymənin yerini gözlə təsdiqləməlidir. Bu isə xüsusilə sürətli yol və ya sıx şəhər yollarında diqqətin daima yolda olması vacib olan anlarda ciddi çətinliklər yaradır. Buna görə də bir çox sürücü köhnə fiziki düymələri geri qaytarmağı tələb edir.

"Hyundai" bu tələbatı nəzərə alaraq ön konsolda düyməli dizayna geri dönəcəyini açıqlayıb. Gələcəkdə digər avtomobil istehsalçılarının da bu tendensiyaya qoşularaq sensor ekranlardan imtina etməsi sürpriz olmayacaq.

Seçilən
106
22
metbuat.az

10Mənbələr