AZ

Yeni kəşf: Azotsuz kartof yeyəcəyik

Azot gübrələri istixana qazlarının mənbələrindən biri hesab olunur. Elə buna görə də alimlər kənd təsərrüfatı bitkilərini mümkün qədər az azotdan istifadə edəcək şəkildə modifikasiya etməyin yollarını axtarırlar.

Publika.az xəbər verir ki, “New Phytologist” jurnalının məlumatına görə, elm adamları kartofda müəyyən zülal aşkar ediblər ki, onun bloklanması bitkinin azotdan asılılığını azalda bilər.

Mütəxəssislər qeyd edirlər ki, bu zülal kartofun yumrulaşmasında əsas rol oynayır. Son araşdırmalar onun müəyyən bir DNT sahəsinə bağlandığını ortaya qoyub.

Bu zülal azotla əlaqəli genlərin fəaliyyətini dəyişdirir. Alimlərin kəşfi yeni kartof sortlarının və ya kartofu azotdan daha az asılı hala gətirən, lakin məhsuldarlığa zərər verməyən dərmanların yaradılması üçün əsas ola bilər.

Seçilən
30
publika.az

1Mənbələr