AZ

“Oktaybr hücumunun qisasını İsraildən mütləq alacağıq”- SEPAH komandanı

Oktyabrda İrana olan hücumun qisasını İsraildən mütləq alacağıq.

Azpost.info xəbər verir ki, bunu SEPAH komandanı, general-leytenant Hüseyn Salami deyib.

“Biz qisas alacağıq. Sizə ağrılı zərbələr gələcək”, – general bildirib.
Salaminin sözlərinə görə, dünyanın ən müasir orduları İranla qarşıdurmada İsrailə kömək edir.

O, israilyönlü koalisiyanın niyyətinin İranı sındırmaq, müsəlmanların taleyinə nəzarət etmək, onların torpaqlarını işğal etmək və dini kimliklərini məhv etmək olduğunu deyib.

“Sizinlə sona qədər üz-üzə vuruşacaq, müsəlmanların taleyinə nəzarət etməyinizə imkan verməyəcəyik”, – general qeyd edib.

Azpost.info

Seçilən
19
azpost.info

1Mənbələr