AZ

Gənc fəal: Miqrantların öz yaşayış ərazilərini tərk etmələri onlar üçün böyük çətinlik yaradır

Bugünkü aksiyamız səssiz şəkildə təşkil edilib. Burada əsas məqsəd iqlim dəyişiklikləri zamanı miqrantların qarşılaşdığı problemlərdir. Hansı ki, bu gün miqrant məsələsi dünya üzrə qlobal məsələdir.

“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında gənc fəal Şəbnəm İbrahimli söyləyib.

O bildirib ki, miqrantların təbii fəlakətlər nəticəsində öz yaşayış ərazilərini tərk etmələri onlar üçün böyük çətinlik yaradır: “İqlim dəyişmələri zamanı ortaya çıxan su qıtlığı, təbii su böhranları və s. kimi məsələlər miqrantlar üçün böyük problemə çevrilib. Biz də gənc fəallar olaraq bildirmək istəyirik ki, bu problemlərin hər biri insanlıq üçün böyük məsələ halına gəlib. Biz istəyirik ki, ölkəmizdə baş tutan bu böyük konfrans zamanı öz fikirlərimizi çatdıra bilək”.

Seçilən
77
ikisahil.az

1Mənbələr