AZ

Kartmane və Partnyorlarla iş şöbəsinə Baş mütəxəssis/ekspert - VAKANSİYA

“Rabitəbank” ASC, Kartmane və Partnyorlarla iş şöbəsinə Baş mütəxəssis/ekspert vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Banka cash back və Taksit layihələri üzrə Partnyorların cəlb olunması;
  • Bazar araşdırması aparmaq, Potensial partnyorlarla görüşləri təşkil etmək, təqdimatlar keçirmək və birbaşa satış prosesini həyata keçirmək;
  • Kart və partnyor bazarını araşdırmaq, rəqib banklar, yeni məhsullar haqqında məlumatları toplamaq və uyğun yeni təkliflər vermək;
  • Bankın məhsul və xidmətlərini özünə əks etdirən reklam materiallarının mövcud partnyorlar arasında təbliğatını təmin etmək;
  • Mövcud məhsul xidmət şərtlərinin bazara uyğunluğunu ölçmək, partnyorlarla və müştərilərlə sorğunun keçirilməsi və tələbata uyğun olaraq yeni kampaniyaların keçirilməsi ilə bağlı təkliflər vermək;
  • Cash back və Taksit partnyorlarının Bank qarşısında yaranmış borcların monitorinqi prosesinə nəzarət;
  • Yaranmış borclara uyğun invoice-lərin hazırlanması və Partnyorlara təqdim olunması prosesinə nəzarət;
  • İmzalanmış invoice-lara uyğun elektron qaimənin göndərilməsini təmin edilməsi prosesinə nəzarət;
  • İnvoce-lərə uyğun Partnyorlara hesabdan çıxarışın göndərilməsi prosesinə nəzarət;
  • Partnyorların mobil tətbiqinə əlavə olunması prosesinə nəzarət;
  • Şöbə rəisi, Departament direktoru müavini və Departament direktoruna hesabatları təqdim etmək.  

Tələblər:

  • Ali təhsilin olması;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
  • Müvafiq sahədə və ya satış strukturlarında iş stajı;
  • Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti;
  • Azərbaycan dilini səlis, ingilis və/və ya rus dillərini orta səviyyədə bilmək;
  • MS Word, Excel, Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı.

Ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz. 

Zemfira Ms
Fins.az

Seçilən
59
fins.az

1Mənbələr