AZ

Bu rəqəmlər COP29-u qaralayanlara öldürücü zərbə vurdu...

Image

Vüqar Bayramov: “COP29-a qarşı olan Qərb dairələri, eyni zamanda bu konfransı boykota çağıran marjinal daxili siyasi qüvvələr tam iflasa uğrayıb”

COP29 Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev bir sıra mühüm məqamlara toxunub. O qeyd edib ki, bu gün Azərbaycanı tənqid edən Qərb mərkəzləri yaxşı bilirlər ki, məhz Avropa Komissiyasının təklifi ilə Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsi imzalayıblar: 

“Qərb dairələri COP29-u boykotu təşviq etdilər. Amma COP29-un 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçısı var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Bu, onlara ən yaxşı cavabdır".

Qeyd edək ki, COP 29 iqlim dəyişikliyi ilə mübarizə üçün beynəlxalq səylərin müzakirə olunduğu mühüm tədbirdir. 

COP29-un Bakıda uğurla təşkil edilməsi sübut edir kibu istiqamətdə görülən işlər Azərbaycanın haqq işinin…”

Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhinə bildirdi ki, COP29-a olan yüksək maraq, iştirakçıların və əhatə etdiyi ölkələrin sayı bir sıra məqamları nümayiş etdirir: “COP29-a qarşı olan Qərb dairələri, eyni zamanda bu konfransı boykota çağıran marjinal daxili siyasi qüvvələr tam iflasa uğrayıb. Məlumdur ki, COP29-un Azərbaycanda keçirilməməsinə qarşı xüsusi bir tədbir aparılırdı. Bu kampaniyaya bir sıra Qərb dairələrindən dəstək verilirdi. Ancaq COP29-un 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçısı, aktivlik, beynəlxalq ictimaiyyətin və medianın marağı bir daha təsdiq edir ki, həmin dairələrin bütün cəhdləri iflasa uğrayıb. Prezident İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bəyan etdiyi kimi, COP29-un 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçısı var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, göründüyü kimi, dünya Bakıya toplaşıb.  Azərbaycan bir daha gücünü, regional mövqeyini nümayiş etdirir. Danılmaz faktdır ki, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkədir. COP29-un Bakıda uğurla təşkil edilməsi sübut edir ki, bu istiqamətdə görülən işlər, Azərbaycanın haqq işi daha çox ölkələr tərəfindən təsdiqlənir. Ölkəmiz regional və bir sıra qlobal məsələlərə töhfə verir”.

Günel CƏLİLOVA





Seçilən
40
baki-xeber.com

1Mənbələr