AZ

Roma Papası Bakıya COP müraciətində ABŞ və Fransanı qınadı...

Image

Mübariz Göyüşlü: “Papanın müraciəti Amerika və Fransa kimi dövlətlərə verilən ən böyük cavabdır

Bakıda keçirilən COP29 həqiqətən inklüziv inkişafa gətirib çıxaran iddialı razılaşma yaradacaq”. Bu fikirlər Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçılarına ünvanladığı müraciətində yer alıb

Müraciətdə bildirilir ki, iqlim dəyişikliyi ilə mübarizədə əlavə gecikmələrə yol verilmir və ətraf mühitin mühafizəsi sülhün qorunması ilə sıx bağlıdır: “Mövcud elmi məlumatlar daha çox gecikməyə imkan vermir və yaradılışın qorunub saxlanmasının zəmanəmizin ən aktual məsələlərindən biri olduğunu açıq şəkildə göstərir. Biz, həmçinin etiraf etməliyik ki, bu, sülhün qorunması ilə sıx bağlıdır. Bu Sammitin ən aktual vəzifələrindən biri odur ki, iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyətli məqsəd ortaya çıxsın. Ümumi, lakin fərqləndirilmiş məsuliyyətlər və müvafiq imkanlar prinsipi COP29-un işini istiqamətləndirir və ruhlandırır”.

Maraqlıdır, Papanın məlum müraciəti COP29- da şəxsən iştirak etməyən ABŞ, Fransa və digər bu kimi güclü dövlətlərin liderlərinə nə kimi mesajlar verir?

Dünyanın əksər ölkəsinin COP29 konfransında iştirakı və müzakirə olunan məqamlar böyük dövlətlərin növbəti dəfə oyun pozuculuğunun qarşısını aldı”

Siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bildirdi ki, COP29 konfransına qatılmayan ölkələrin rəhbərləri müxtəlif bəhanələr gətirməməlidir. Onlar BMT-nin tədbirini boykot etməyə cəhd etdilər: “Ancaq Azərbaycanın bu işi yüksək səviyyədə təşkil etməsi həmin ölkələrin bu istəyini yarıda qoydu. Dünyanın əksər ölkəsinin COP29 konfransında iştirakı və müzakirə olunan məqamlar böyük dövlətlərin növbəti dəfə oyun pozuculuğunun qarşısını aldı. Hətta Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin məlum məsələ ilə bağlı müraciət etməsi müsbət haldır. Iqlim dəyişikliyi ilə mübarizədə hansısa dövlətin nazı ilə oynanılmaz. İqlim və ekologiyada baş verən narahatlıqlar bəşəriyyətə ciddi şəkildə təsir edir. Bu səbəbdən də o dövlətlərin liderləri atılan addımlara dəstək verməli, yardım etməlidir. Papanın müraciəti Amerika və Fransa kimi dövlətlərə verilən ən böyük cavabdır”.

Günel CƏLİLOVA 





Seçilən
56
baki-xeber.com

1Mənbələr