AZ

Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə edilib

Bakı. Trend:

Böyük Britaniyanın ticarət siyasəti və iqtisaditəhlükəsizlik naziri və xəzinədarlıq nazirinin maliyyə katibi iləgörüşdə COP29 çərçivəsində irəli sürülən təşəbbüslər müzakirəedilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə,iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində BöyükBritaniyanın ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziriDuqlas Aleksandr və xəzinədarlıq nazirinin maliyyə katibi LordSpenser Eliot Livermorla görüşüb.

Qarşılıqlı strateji iqtisadi münasibətlərin intensivinkişafından məmnunluq ifadə edilib. Böyük Britaniya ilə ticarət,investisiya və digər sahələr üzrə tərəfdaşlığın genişləndirilməsiüçün geniş potensialın olduğu qeyd edilib.

Görüşdə ölkəmizdə keçirilən COP29 çərçivəsində irəli sürülənəsas təşəbbüslər barədə məlumat verilib. Azərbaycanın qlobaltəşəbbüslərə töhfələri və həyata keçirilən “yaşıl” layihələr yüksəkqiymətləndirilib.

Tərəflər iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı biznes vəticarət əlaqələrinin dərinləşdirilməsi ilə bağlı müzakirələraparıblar.

Seçilən
38
9
az.trend.az

10Mənbələr