AZ

Yaponiya rəsmisi: COP29 iqlim dəyişikliyi ilə mübarizədə birgə işləməyimiz üçün önəmli platformadır

COP29 iqlim dəyişikliyi ilə mübarizədə vahid qlobal hədəf naminə birgə işləmək üçün önəmli platformadır.

"Report" xəbər verir ki, bunu Yaponiyanın qlobal ətraf mühit məsələləri üzrə nazir müavini Yutaka Matsuzava jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, COP29 iqlim dəyişikliyinin həlli və 1.5 dərəcə hədəfinə nail olmaq üçün çox yaxşı fürsətdir:

"İndi vahid qlobal hədəfimiz var və bu da birgə işləmək üçün çox yaxşı fürsətdir. Azərbaycan tədbirin təşkili üçün əlindən gələni edir və hökumətin COP29 təşkilatçılığını qiymətləndirirəm".

Nazir müavini söyləyib ki, tərəflər COP29-un yekun razılaşmaya nail olacağına ümid edir.

Seçilən
22
ekologiya.az

1Mənbələr