AZ

Oyundan sonra futbolçunun bahalı saatı oğurlandı

  Rusiyanın “Krasnodar” futbol klubunun (FK) hücumçusu Fedor Smolov son oyundan sonra paltardəyişmə otağından dəyəri 7-8 milyon rubl (təxminən 121-138 min manat arası) olan saatını itirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, bazar günü, noyabrın 10-da Kazan komandası Rusiya Premyer Liqasının 15-ci turu çərçivəsində “Rubin”lə qarşılaşıb. Futbolçu oyundan sonra qonaqların paltardəyişmə otağına qoyduğu saatı tapa bilməyib.

Oğrunu axtarmaq üçün müşahidə kameralarına baxılıb, lakin kameralar yalnız soyunub-geyinmə otağının girişini göstəriblər, şübhəli heç nə tapılmayıb.

Məlumata görə, itirilən saatın markası “Audemars Piguet”in platin məhdud buraxılışlı “Royal Oak”dır.  


Seçilən
15
referans.az

1Mənbələr