AZ

Azərbaycan Türk Ocağı İstanbulda - FOTOLAR

Akif Aşırlı Sürəyya Ağaoğlu Uşaq Dostları Dərnəyini ziyarət edib 
 
Azərbaycan Türk Ocağı İctimai Birliyinin "Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu" layihəsi Türkiyədə bir sıra tədbir və  konfranslarla  davam etdirilir. Türkiyənin ilk qadın hüquq vəkili statusuna sahib olan, İstanbulda kimsəsiz, valdeyn qayğısı və himayəsindən məhrum olan uşaqlara Yurd yeri açan, onların reabilitasiyası ilə məşğul olan hüquq müdafiəçisi, içtimai xadim S.Ağaoğlu Türkiyə və Azərbaycanın ortaq dəyəridir. 
 
 1903 - cü ildə  Türk Dünyasının qədim mədəniyyət beşiyi Şuşada doğulan S.Ağaoğlu ailəsi ilə birgə 1910 - cu ildə İstanbula köçüb. Böyük mütəfəkkir, yorulmaz mətbuat və  millət fədaisi Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya gələn S. Ağaoğlu dövrün tanınmış hüquqşünası, dünyada tanınan uşaq və qadınların  hüquq müdafiəçisi olub. Türkiyədə bur cox ilklərə imza atıb. Atdığı ilk çığırlardan biri yetim, kimsəsiz uşaqları bir araya gətirməsi, onları himayə etməsi, cəmiyyətə yararlı övlad kimi yetişdirməsidir. 
 
 
Azərbaycan Türk Ocağı İçtimai Birliyinin sədri, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı layihə çərçivəsində 1949 - cu ildən bu günədək İstanbulda fəaliyyət göstərən S.Ağaoğlu Uşaq Dostları Dərnəyini və eyni adlı Təhsil və Tədris Vəqfini  ziyarət edib, dərnək təmsilçiləri ilə görüşüb. A.Aşırlı Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin köməyi ilə həyata keçirilən layihə barədə dərnək və vəqf əməkdaşlarına məlumat verib, S.Ağaoğlunun fəaliyyəti ilə bağlı görülən və görüləçək işlərdən  danışıb. Gələcək əməkdaşlıq perspektivləri də görüşdə müzakirə mövzusu olub.  
A.Aşırlı layihə çərçivəsində çap olunan "Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu" kitabını S.Ağaoğlu Uşaq Dostları Dərnəyinə hədiyyə edib. 
 
Qeyd edək ki, Azərbaycan Türk Ocağı noyabrın 15 - də saat 18 - də  İstanbul Türk Ocağı ilə birgə  İstanbul Türk Ocağının  tarixi içlas salonunda konfrans keçirəcək.
 
 
Seçilən
51
19
moderator.az

10Mənbələr