AZ

Deputat COP29 görə çağırış etdi

Mİlli Məclisin deputatı Razi Nurullayev COP29 tədbirinin beynəlxal mətbuatda və ölkəmizə qarşı olan ikili standrtlardan yazıb.
 Apress.az millət vəkilin sosial hesabında yazdığı qeydələri təqdim edirik.
Bu “Euronews” kanalının Bakıda keçirilən COP29 tədbiri ilə bağlı yaydığı məlumatdır.
Məlumatın içində Azərbaycan adı bir dəfə çəkilir. Ada dövlətlərinin zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev də çıxış etdi və Fransanın o adalarda törətdikləri pislikləri qeyd etdi. Ədalət naminə deyək ki, çıxışa müəyyən qədər mətn həsr edilib.
Amma, qısqanclıq aman vermir ki, tədbirin harada keçirildiyini yazsınlar. Bunu çox yerlərdə görürəm. Ümumiyyətlə, ən savadsız və dünyadan o qədər də başı çıxmayan şəxs də görür ki, ölkəmizə qarşı nə qədər ciddi qısqanclıq var. İnanın ki, bu insan hüquqları və demokratiya məsələsinə bağlı deyil. Ömrümün böyük bir hissəsini beynəlxalq məsələlərlə bağlı keçirmişəm və keçirirəm, gördüklərim və təcrübəm deməyə əsas verir ki, Azərbaycanı gözləri götürmür və bu təssüf doğurur.
“BBC Azərbaycanca” dünən yeməyin qiyməti ilə bağlı hay-küy qoparıb. İki həftə öncə Azərbaycanın cənub bölgəsində olub talış qardaşlarımızla reportaj hazırlamışdılar və açıq-aydın görünürdü ki, əməlli-başlı ölkəmizin kökünü qazımaq istəyirdilər. Bu bağışlanılmaz bir reportaj idi.
Tarix boyu ölkəmizdə yaşayan xalqlarla qardaş kimi yaşamışıq və yaşamaqda davam edirik. Biz hamımız Azərbaycan vətəndaşı və azərbaycanlıyıq.
“BBC Azərbaycanca”nin mövqeyi və reportajı tam olaraq separatizm toxumu səpmək idi. Təəssüflər olsun ki, rəsmi münasibətə rast gəlmədim.
Mən bütün media orqanlarını professional jurnalistika mövqeyi sərgiləməyə çağırıram.
Seçilən
32
2
apress.az

3Mənbələr